Hamilə qadın bıçaqlanıb. Qardaşı şəbhəli şəxs kimi saxlanıb.

"Unikal" "Xezerxeber"ə istinadən xəbər verir ki, ağır cinayət Tovuzda Qovlar şəhərində çay evlərinin birində qeydə alınıb. Rayonun Düz Cırdaxan kənd sakini çay evində ofissiant işləyən  24 yaşlı  Səbinə Məmmədli bıçaqlanıb. Qadın kəsilmiş-deşilmiş yara xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilərək cərrahiyə şöbəsinə yerləşdirilib. Qadının vəziyyətinin kafi olduğu bildirilir. 

Xəsarət alan Səbinə Məmmədli ilə birlikdə işləyənlər deyir ki, qadın hamilə olub. Tovuz polisin keçirdiyi tədbirlər nəticəsində Səbinə Məmmədliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən qardaşı Ərşad Məmmədzadə saxlanıb.  Faktla bağlı Tovuz rayon polis şöbəsində cinayət işi başlanıb, istintaq davam edir.