8 Noyabr – Zəfər Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev, şəhid ailələrinin üzvləri, qazilər, rayon icra hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri Zəfər Parkını ziyarət ediblər.
“Unikal” xəbər verir ki, ziyarət zamanı tədbir iştirakçıları parkda ucaldılmış “8 Noyabr Zəfər Abidəsi” önünə gül dəstələri düzərək xalqımızın şanlı tarixində silinməz iz qoymuş tarixi Qələbənin qəhrəmanlarını ehtiramla yad ediblər.
Daha sonra Zəfər Günü münasibətilə təşkil olunan konsert proqramı ilə davam edən tədbirdə vətənpərvərlik ruhunda musiqi nömrələri təqdim olunub. Səsləndirilən mahnılar, ifa olunan musiqilər iştirakçılara qürur və fəxarət dolu anlar yaşadıb.
















































.jpeg)
.jpg)
