Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağdamda inşa edilən məktəbin gələn il Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə açılacağını bildirib.

“Unikal” xəbər verir ki, Ərdoğan noyabrın 8-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında Qarabağda aparılan bərpa və quruculuq işlərindən danışıb.

O qeyd edib ki, Ağdamda Türkiyə tərəfindən sahəsi 14 min 500 kvadratmetr olan, 40 otaqlı məktəbin inşasına başlanılıb.

“İnşallah, gələn il İlham qardaşımla birlikdə açılışını edəcəyik”, – Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan, həmçinin Cəbrayılda “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi” və “Ağıllı Tingçilik” Müəssisəsinin yaradıldığını xatırladıb.

Türkiyə Prezidenti Qarabağda yenidənqurma işlərinə dəstək verməyə davam edəcəklərini bildirib.