"Yeni COVID-19 ştamı olan PJ.2.1-in simptomları adi soyuqdəymə və ya qripə bənzəyə bilər. Buna görə də testdən keçmək zəruridir".
"Unikal" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb.
Təşkilat qeyd edib ki, yalnız simptomlara əsaslanaraq infeksiyaya hansı konkret tənəffüs yolu virusunun səbəb olduğunu dəqiq müəyyən etmək mümkün deyil: "COVID-19, qrip və digər tənəffüs yolu infeksiyalarının simptomları üst-üstə düşə bilər. Nəticədə, yalnız simptomlara əsaslanaraq infeksiyaya səbəb olan konkret tənəffüs yolu virusunu dəqiq müəyyən etmək qeyri-mümkündür".
Təşkilat həmçinin qeyd edib ki, xəstəliyin səbəbinin müəyyən edilməsinin müalicə strategiyalarına və ya ictimai səhiyyə ilə bağlı qərarların qəbuluna təsir edə biləcəyi hallarda testdən keçmək zəruri ola bilər.
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov koronavirusa (COVID-19) yoluxub.
Ağarza Elçinoğlu

























.jpeg)
.jpg)
.jpg)


.jpg)






















