"Həyat yoldaşımla institutda tanış olduq. O, ticarətlə məşğul idi və dostunun yanına gəlmişdi. Orada məni gördü, tanış olduq və bir-birimizi sevdik. Həmişə deyirəm ki, uşaqlarım sevgidən dünyaya gəlib. Təəssüf ki, həyat yoldaşım artıq həyatda yoxdur".
"Unikal" xəbər verir ki, bu sözləri Kulis.az-a müsahibəsində Əməkdar artist Almaz Ələsgərli bildirib.
O qeyd edib ki, həyat yoldaşı ondan 20 yaş böyük olub.
"Anam qətiyyən istəmirdi ki, onunla ailə qurum. Amma ürəyə hökm etmək olmur. Mən sevirdim. Təəssüf ki, sevgimiz uzun sürmədi. Dörd ildən sonra ayrıldıq. İndi desəm ki, yalnız mən haqlı idim, bəlkə də siz başqa cür düşünərsiniz. Əslində, yaşlarımız və həyata baxışımız uyğun gəlmirdi. O bir şey istəyirdi, mən başqa şey. Bizi ayıran da bu fərq oldu. Mən cavan idim, şıltaq və şux idim. Həmişə gülüb-danışan olmuşam. O da ünsiyyətcil adam idi, amma mənim bu qədər gülüb danışmağımı xoşlamırdı. Çox qısqanırdı. Mən ərköyün böyümüşdüm və özümə inanırdım. Bilirdim ki, heç vaxt çətinlik qarşısında aciz qalmayacağam. Sənətim vardı, öz çörəyimi qazanacağıma və uşaqlarımı böyüdəcəyimə inanırdım", - deyə sənətçi qeyd edib.




.jpg)





















.jpg)







.jpg)








.jpg)









