TƏBİB-in icraçı direktorunun sabiq müavini Anar İsrafilovun yeni vəzifəsi xəstəxananın sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib.
“Unikal” xəbər verir ki, Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının rəsmi “Facebook” səhifəsində o, müəssisənin direktoru kimi təqdim olunub.
Paylaşım xəstəxanada “Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi” mövzusunda keçirilən təlimlə bağlıdır. Məlumatda tədbiri giriş sözü ilə xəstəxananın direktoru Anar İsrafilovun açdığı bildirilib.
Diqqətçəkən məqam isə onun bu vəzifəyə təyinatı barədə ayrıca rəsmi açıqlamaya rast gəlinməməsidir. İyun ayında İsrafilovun sözügedən xəstəxanaya rəhbər təyin olunacağı barədə mediada xəbərlər yayılsa da, həmin məlumatlarda təyinatın gözlənildiyi qeyd edilirdi. Son paylaşımda isə o, artıq direktor kimi göstərilib.
Xatırladaq ki, Anar İsrafilovun TƏBİB-in icraçı direktorunun müavini vəzifəsindən azad olunması barədə iyunun 19-da məlumat yayılmışdı. Həmin məlumata görə, bununla bağlı qurumun o vaxtkı rəhbəri Anar Bayramov əmr imzalayıb.
Anar İsrafilov 2006–2022-ci illərdə Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən nazirin köməkçisi və Səhiyyənin təşkili şöbəsinin müdiri kimi çalışıb. O, 2022-ci ildən TƏBİB-in icraçı direktorunun müavini olub. Bu ilin fevralında Vüqar Qurbanov vəzifədən ayrıldıqdan sonra qurumun icraçı direktoru vəzifəsinin müvəqqəti icrası da İsrafilova həvalə edilmişdi.























.jpg)







.jpg)








.jpg)












