Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır.
"Unikal" xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, Vaqif Ələkbərov küçəsində isə təmir işləri davam etdirilir.
“Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.
Sürücülərdən hərəkət marşrutlarını əvvəlcədən planlaşdırmaları və təmir aparılan ərazilərdə diqqətli olmaları xahiş olunur”, - deyə məlumatda qeyd edilib.


















.jpg)







.jpg)








.jpg)















