Rəsmi "Qızıl Top" veb-saytı səhvən 2026-cı ilin qalibinin yer aldığı paylaşım edib.

"Unikal" xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs bu barədə X sosial media platformasında məlumat verib.

Üç "qalib" haqqında xəbər yayılıb: Harri Keyn ("Bavariya"), Lamin Yamal ("Barselona") və Kilian Mbappe ("Real Madrid").

Qeyd edək ki, 70 illik yubiley mərasimi 26 oktyabrda London Palladium Teatrında keçiriləcək və bu, ilk dəfə Fransadan kənarda keçiriləcək. Məkan kimi Londonun seçilməsi "Qızıl Top"un ilk qalibinin 1956-cı ildə ingilis futbolçu Stenli Mettyus olması ilə bağlıdır.