Voronej vilayətində Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarəsinin hücumu nəticəsində Somovo stansiyasında Anapa-Moskva istiqamətində hərəkət edən 11 nömrəli qatarın vaqonuna ziyan dəyib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Dəmir Yollarının mətbuat xidməti məlumat yayıb. 

İlkin məlumatlara görə, beş sərnişin yaralanıb.

Bundan əlavə, Voronejdə Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarənin hücumu nəticəsində iki nəfər həlak olub, biri uşaq olmaqla 17 nəfər yaralanıb. Biznes mərkəzində, bir neçə sənaye obyektində, bir mənzil binasında, iki yay kottecində, məktəb stadionunda və qaraj kooperativində yanğınlar qeydə alınıb.