Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Binəqədi rayon təşkilatının Sumqayıt şossesinin 3-cü kilometrində yerləşən ərazi partiya təşkilatında görüş keçirilib.
"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüşü giriş nitqi ilə açan Bakı Beynəlxalq Avtovağzal Kompleksinin baş direktorunun müavini Samir Dilavərli Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkənin inkişaf prioritetlərinin müəyyənləşdirilməsində və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni dövrün çağırışlarının müəyyənləşdirilməsi, təşkilati fəaliyyətin təkmilləşdirilməsi və partiya üzvlərinin qarşısında duran vəzifələrin bir daha diqqətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin İctimaiyyətlə əlaqələr üzrə şöbə müdiri Rövşən Əliyev qurultayda səsləndirilən ideya və çağırışların ərazi partiya təşkilatlarında ardıcıl şəkildə təbliğ olunmasının vacibliyini vurğulayıb. O bildirib ki, milli birlik və həmrəyliyin qorunması, dövlətçilik prinsiplərinə bağlılığın gücləndirilməsi, eləcə də ictimaiyyətlə əlaqələrin genişləndirilməsi partiya fəaliyyətinin əsas istiqamətlərindəndir. Qeyd olunub ki, partiya üzvlərinin fəallığı və təşkilati işlərdə məsuliyyətli iştirakı qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsinə mühüm töhfə verir.
Milli Məclisin deputatı Səbinə Xasayeva Prezident İlham Əliyevin VIII Qurultayda müəyyənləşdirdiyi strateji hədəflərdən, Azərbaycanın müasir inkişaf modelindən, ölkənin siyasi və iqtisadi qüdrətinin artırılması, milli maraqların qorunması və beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. O vurğulayıb ki, dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsinə, milli maraqlarının etibarlı şəkildə təmin olunmasına və ölkənin davamlı inkişafına xidmət edir.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Prezident İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqinin siyasi və ideoloji əhəmiyyətindən danışıb. O bildirib ki, Azərbaycanın əldə etdiyi nailiyyətlərin qorunması, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi və milli maraqların müdafiəsi partiyanın hər bir üzvündən yüksək məsuliyyət və fəallıq tələb edir.
Vüsar İsmayılov, həmçinin VIII Qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsində ərazi partiya təşkilatlarının üzərinə düşən vəzifələrə toxunub. Qeyd edib ki, partiya üzvləri dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasının mahiyyətinin ictimaiyyətə çatdırılması, milli həmrəyliyin möhkəmləndirilməsi və təşkilati fəaliyyətin daha da gücləndirilməsi istiqamətində səylərini artırmalıdırlar.




.jpg)



















.jpg)


.jpg)




.jpg)







.jpg)





.jpg)


.jpg)

.jpeg)



