Qaradağ rayonunun Sahil qəsəbəsində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının “Salyan şossesi 15” ünvanında yerləşən “Qazma Servis” İstehsalat Bölümü və “Quru Qazma” İstehsalat Bölümü üzrə ərazi partiya təşkilatlarında partiyanın VIII Qurultayından irəli gələn vəzifələrə həsr olunmuş tədbirlər keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, ərazi partiya təşkilatının sədri, “Qazma Servis” İstehsalat Bölümünün rəisi Ülvi Fətullayev, “Quru Qazma” İstehsalat Bölümü rəisinin müavini Etibar Quliyev, ərazi partiya təşkilatı sədrinin müavini, “Qazma Servis” İstehsalat Bölümünün xidmət rəisi Anar Sadıqov çıxış ediblər.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının VIII Qurultayı və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı proqram xarakterli nitqi barədə ətraflı məlumat verilib.
Partiyanın keçdiyi inkişaf yoluna, ölkənin ictimai-siyasi həyatındakı roluna və qarşıdakı dövr üçün müəyyənləşdirilən fəaliyyət istiqamətlərinə toxunan natiqlər bildiriblər ki, VIII Qurultay partiyanın gələcək fəaliyyətinin təşkili, mövcud imkanların daha səmərəli səfərbər olunması və yeni çağırışlara uyğun fəaliyyət mexanizmlərinin formalaşdırılması baxımından mühüm mərhələdir.
Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlərdən bəhs edilərək ölkənin davamlı tərəqqisinin təmin olunmasının, milli maraqların qorunmasının və dövlətçilik ənənələrinin yaşadılmasının partiyanın fəaliyyətində əsas istiqamətlərdən olduğu vurğulanıb.
















.jpg)


.jpg)




.jpg)







.jpg)





.jpg)


.jpg)

.jpeg)









