"Zor", "Sen gibi" və "Mühürlü kaderim" mahnıları ilə tanınan türkiyəli müğənni Nevzat Doğansoy (Nev) ikinci dəfə süni nəfəs aparatına qoşulub.

"Unikal" axsam-a istinadən  xəbər verir ki, qaraciyər çatışmazlığından əziyyət çəkən 57 yaşlı sənətçinin meneceri hazırda onun üçün 0 (I) Rh müsbət qan axtarıldığını bildirib.

Qeyd edək ki, ifaçı sentyabrın 3-də huşunu itirdikdən sonra xəstəxanaya yerləşdirilmişdi. Süni tənəffüs aparatına qoşulan sənətçi bir neçə gün sonra reanimasiyadan çıxarılmışdı.