Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının “A.Abbaszadə küçəsi 115” ünvanı üzrə ərazi partiya təşkilatında (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutu publik hüquqi şəxs) Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən Canlı Sistemlərin Tədqiqi İnstitutunun direktor vəzifəsini müvəqqəti icra edən İradə Xəlilova bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qurultaydakı proqram xarakterli nitqində qarşıya qoyulan vəzifələr elmin inkişafı, innovativ tədqiqatların genişləndirilməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması və elmi nəticələrin praktiki tətbiqi baxımından da mühüm istiqamətlər müəyyənləşdirir.
İradə Xəlilova qeyd edib ki, institutun elmi kollektivi ölkəmizdə elmin inkişafına göstərilən dövlət dəstəyini yüksək qiymətləndirir, biologiya və canlı sistemlərin tədqiqi sahəsində elmi potensialın gücləndirilməsi, əldə olunan nailiyyətlərin beynəlxalq elmi müstəvidə tanıdılması istiqamətində fəaliyyətini davam etdirir. O, elmi fəaliyyətlə yanaşı, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılmasının və dövlətçilik dəyərlərinin təbliğinin də vacibliyini diqqətə çatdırıb.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin VIII Qurultaydakı nitqinin ideoloji-siyasi əhəmiyyətindən, müasir elmin inkişafının dövlətçilik maraqları baxımından rolundan və elmi-tədqiqat müəssisələrində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının qarşısında duran vəzifələrdən bəhs edib.
Bəxtiyar Nəbiyev bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizdə siyasi sabitliyin qorunması, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi və Azərbaycanın hərtərəfli inkişafının təmin olunması istiqamətində mühüm rol oynayıb. Ulu Öndərin müəyyənləşdirdiyi dövlətçilik strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası xalqımızın birliyinin, dövlətimizin gücünün və həyata keçirilən məqsədyönlü siyasətin tarixi nəticəsidir.
YAP Yasamal rayon təşkilatının sədri vurğulayıb ki, VIII Qurultayda müəyyənləşdirilən prioritetlər partiyanın qarşıdakı dövrdə fəaliyyətinin daha səmərəli təşkili, ideoloji işin gücləndirilməsi və yeni çağırışlara uyğun fəaliyyət mexanizmlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, müasir dövrdə biologiya, genetika və biotexnologiya sahələrində aparılan tədqiqatlar ərzaq və bioloji təhlükəsizliyin təmin olunması, səhiyyənin və kənd təsərrüfatının inkişafı, eləcə də ölkənin elmi potensialının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bəxtiyar Nəbiyev alim və tədqiqatçıların elmi nailiyyətləri ilə ölkəmizin inkişafına töhfə verməklə yanaşı, gənc nəslin maarifləndirilməsində, milli-mənəvi dəyərlərin və dövlətçilik prinsiplərinin təbliğində də fəal iştirak etmələrinin vacibliyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən ərazi partiya təşkilatının sədri Hafiz Muxtarov təşkilatın fəaliyyət istiqamətləri, elmi kollektivin ictimai-siyasi fəallığı və gənc tədqiqatçıların partiya fəaliyyətinə cəlb olunması barədə məlumat verib.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.








.jpg)


.jpg)




.jpg)






.jpg)





.jpg)


.jpg)

.jpeg)














