"Yaxın gələcəkdə Konstitusiyanın mətnini dərc edəcək və ictimai müzakirələrə başlayacağıq, bundan sonra isə onu Parlamentə təqdim edəcəyik".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. 

"Biz müxalifətdəki həmkarlarımızı inandırmağa çalışacağıq ki, bu, böyük əhəmiyyət kəsb edən və prinsipial məsələdir", – deyə o qeyd edib.

Paşinyan əlavə edib ki, əgər bu cəhd uğursuz olarsa, alternativ ssenarilərə əl atacaqlar: "Biz onları inandırmağa çalışacağıq. Əgər bu alınmasa, o zaman digər ssenarilərə keçəcəyik – bura növbədənkənar seçkilərin keçirilməsi də daxil ola bilər. Ümumiyyətlə, belə bir ssenarinin mümkün olmadığını kim deyib?"

O vurğulayıb ki, həm Konstitusiyaya dəyişikliklər etməyi, həm də sülh sazişinin imzalanmasını və ratifikasiyasını təmin etməyi öz üzərinə düşən bir vəzifə və Ermənistan Respublikası vətəndaşları qarşısında bir öhdəlik hesab edir.

Ağarza Elçinoğlu