"Bakı Metropoliteni" QSC-nin İdarə Heyəti sədrinə yeni müşavirlər təyin olunub.

"Unikal" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb.

İlham Axundov, Elgün Rəsulov və Kənan Cəfərov sədrin müşaviri vəzifəsinə gətiriliblər.

Qeyd edək ki, İ.Axundov 2023–2026-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də sədrin müşaviri olub. E.Rəsulov isə 2022-2026-cı illərdə “Azərpoçt” MMC-də İdarə Heyəti sədrinin müşaviri və İdarə Heyətinin üzvü vəzifələrində çalışıb. 

K.Cəfərov isə 2024-2026-cı illərdə “Vadi Baku” QSC-nin icraçı direktoru olub.