FIFA Bakıda təşkil olunacaq U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə bağlı video yayımlayıb.

"Unikal" xəbər verir ki, qurumun sosial şəbəkə hesabında paylaşılan videoda Hövsan Yarış Kompleksində görülən işlər əks olunub.

Paylaşımda qeyd edilib ki, AFFA turnirin təşkilinə cəmi 66 gün ərzində hazırlaşıb.

Qeyd edək ki, 189 ölkənin iştirakı və minə yaxın oyunun keçirilməsi nəzərdə tutulan mundial dünyanın müxtəlif nöqtələrindən gənc futbolçuları bir araya gətirəcək.

Azərbaycan millisi turnir çərçivəsində ilk oyununu oktyabrın 24-də saat 19:30-da “Kristal Zal”da Timor-Leste yığmasına qarşı keçirəcək.