Azərbaycanda bəzi müqavilələr cəmi 10 saat ərzində imzalanır.
"Unikal" xəbər verir ki, bunu Maliyyə Nazirliyinin Aparatının Müasir Texnologiyalar və innovasiyalar şöbəsinin müdiri Nurlan Soltanov Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.
"Rəqəmsal dövlət maliyyəsi" İnformasiya Sistemi büdcənin tərtibindən mühasibat uçotuna, büdcənin icrasından elektron müqavilələrin imzalanmasına, elektron təhvil-təslim aktlarının rəsmiləşdirilməsindən nəzarət proseslərinə qədər bütün mərhələləri vahid şəbəkə altında birləşdirir. Gələcək planlarımız da bu sistemin inkişafı üzərində qurulub. Bu il ərzində gördüyümüz işlər yalnız kağız üzərində həyata keçirilən proseslərin rəqəmsallaşdırılması ilə məhdudlaşmır. Eyni zamanda, benefisiar qurumlarımızın, istər dövlət təşkilatları, istərsə də müəssisələr olsun, məlumatlara çıxış imkanlarının artırılmasına və daha səmərəli qərarların qəbul edilməsi üçün zəruri şəraitin yaradılmasına yönəlib.
Məsələn, bu gün elektron müqavilələrə nəzər saldıqda görürük ki, bəzi müqavilələr cəmi 10 saat ərzində imzalanır. Halbuki əvvəllər bu proses daha uzun müddət tələb edirdi. Artıq təhvil-təslim aktlarının elektron qaydada imzalanması prosesi də sentyabr ayından etibarən aktiv mərhələyə keçib. Bu, bütün proseslərin vahid çətir altında idarə olunmasına imkan yaradır. Eyni zamanda, büdcənin tərtibinin elektronlaşdırılması istiqamətində görülən işlər və xəzinədarlıq sahəsində aparılan rəqəmsallaşma ödəniş əməliyyatlarının sürətlənməsinə gətirib çıxaracaq. Bu dəyişikliklərin müsbət nəticələrini artıq görmək mümkündür, - deyə o qeyd edib.































.webp)













