Oktyabrın 21-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Boladı kəndində keçirib. Tədbirdə şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
"Unikal" xəbər verir ki, görüşdə çıxış edən Taleh Qaraşov səyyar qəbulların vətəndaş məmnunluğuna xidmət etdiyini vurğulayıb,regionların sosial-iqtisadi inkişafı çərçivəsində müvafiq Dövlət Proqramına uyğun olaraq kənddə aqrar sahənin inkişafı,suvarma sistemlərinin təkmilləşdirilməsi istiqamətində işlərin uğurla davam etdirildiyini bildirib.
İcra başçısı "Yerli İcra Hakimiyyətlərində Rəqəmsallaşma üzrə Yol Xəritəsi"nə uyğun olaraq vətəndaş müraciətlərinə baxılması istiqamətində xidmətlərin elektronlaşdırıldığını qeyd edib. Onun sözləribə görə, sakinlərin dövlət xidmətlərinə çıxışını asanlaşdırmaq üçün "myGov" platforması və yeni nəsil rəqəmsal imza — "SİMA" layihələrinin kənd yerlərində daha aktiv tətbiqi və bu barədə maarifləndirmə işlərinin gücləndirilməsi diqqət mərkəzindədir.
Səyyar görüç-qəbulda qaldırılan bütün məsələləri şəxsi nəzarətinə götürən icra başçısı yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid problemlərin yerindəcə həlli üçün tapşırıqlar verib, digər qurumların fəaliyyət dairəsinə aid olan məsələlərlə bağlı isə rəsmi müraciətlərin ünvanlanmasını təmin edib.
Boladı kəndinin sakinləri rəqəmsal və aqrar islahatların kənd həyatını xeyli rahatlaşdırdığını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

























.webp)




















