Azərbaycanda daxili yanma mühərrikli (DYM) minik avtomobilləri mərhələli olaraq istismardan çıxarılacaq.
"Unikal" Apa-ya istinadən xəbər verir ki, bu, "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" sənədində əksini tapıb.
Sənədə əsasən, 2035-ci ilədək DYM donanmasının ilkin olaraq istismardan çıxarılmasının planlaşdırılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması, təşviq proqramları vasitəsilə elektromobillərin tətbiqinin dəstəklənməsi nəzərdə tutulub.
2060-cı ilə qədər isə sərnişin avtomobil parkında elektrik və digər alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin payının 100%-ə çatdırılması, müxtəlif təşviq proqramları vasitəsilə elektromobillərin tətbiqinin təşviq edilməsi, DYM nəqliyyat vasitələrinin daha mərhələli şəkildə istismardan çıxarılması planlaşdırılıb.






















.jpg)







_1766155543.jpeg)



.jpg)



.jpg)
.webp)




