İlin sonuna qədər Ukraynada çörəyin qiyməti 60%-ə qədər arta bilər.
"Unikal" xəbər verir ki, bunu Ümumukrayna Aqrar Şurası sədrinin müavini Denis Marçuk açıqlayıb.
Marçuk Ukrayna xəbər telemarafonunda çıxışı zamanı bildirib: "Süd məhsulları və tərəvəzlərin qiymətində artım müşahidə edəcəyik... İlin sonuna qədər çörəyin qiyməti 60%-ə qədər arta bilər".
O, ərzaq qiymətlərində gözlənilən artımı saxlama və idxal xərclərinin çoxalması ilə əlaqələndirib. Bu artım, enerji təchizatındakı problemlər və ərzaq anbarlarının fəaliyyətini davam etdirmək üçün generatorlardan istifadə zərurəti ilə şərtlənir.
Ağarza Elçinoğlu
















































