Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevlə bağlı istintaq komissiyası yaradıla bilər.
"Unikal" xəbər verir ki, bu barədə "Güclü Ermənistan" fraksiyasının katibi Tiqran Abrahamyan bildirib.
Bildirilib ki, onlar dövlət büdcəsi ilə bağlı müzakirələr başlamazdan əvvəl Şəki kəndində baş verən hadisələrin parlamentdə müzakirə olunmasını gözləyirlər.
Deputatın sözlərinə görə, məsələ daha əvvəl parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının iclasında müzakirə olunub.
Abrahamyan qeyd edib ki, müzakirələrdə hüquq-mühafizə orqanlarının nümayəndələri də iştirak etməlidirlər.
O vurğulayıb ki, əgər müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiya və "Mülki müqavilə" fraksiyasının üzvləri məsələnin daha ətraflı müzakirəsi üçün zəruri addımlar atmasalar, onlar istintaq komissiyasının yaradılması təşəbbüsü ilə çıxış edəcəklər.
Ağarza Elçinoğlu

















































