Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) baş siyasət direktoru Karolin Vik ilə görüşüb. 

"Unikal" xəbər verir ki, görüşdə Azərbaycanda süni intellekt məlumat mərkəzlərinin yaradılması, rəqəmsal infrastrukturun inkişafı, eləcə də nəqliyyat və logistika sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. 

Həmçinin Orta Dəhlizin inkişafı, dayanıqlı təchizat zəncirlərinin gücləndirilməsi və birgə investisiya layihələrinin maliyyələşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.