Nigeriya ordusunun ölkənin şimal-şərqində "Boko Haram" terror qruplaşmasına qarşı apardığı hava əməliyyatlarında təşkilatın 103 üzvü zərərsizləşdirilib.

"Unikal" xəbər verir ki, Nigeriya Silahlı Qüvvələrinin terror təşkilatlarına qarşı Hadin Kai əməliyyatının komandiri vəzifəsini icra edən Məhəmməd Musa Qoni jurnalistlərə ordunun son antiterror fəaliyyətləri barədə məlumat verib.

Qoni bildirib ki, 10-18 oktyabr tarixləri arasında Adamava və Borno ştatlarında "Boko Haram" üzvlərinə qarşı hava əməliyyatları keçirilib və hücumlarda təşkilatın 103 üzvü öldürülüb. Qoni əlavə edib ki, onlarla təşkilat üzvü yaralı vəziyyətdən xilas olub.