Məhkəmə bu gün Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbs müddətinin uzadılması məsələsinə baxacaq.
"Unikal" xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.
İstintaq orqanı həbs müddətinin uzadılması barədə vəsatət qaldırıb. Məhkəmə bu məlumatı təsdiqləyib.
2018-ci ildən bəri Robert Köçəryan konstitusiya quruluşunu devirmək ittihamı ilə üç dəfə həbs edilib. Bu dəfə isə ikinci prezident vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda rüşvət almaqda, həmçinin çirkli pulların yuyulmasında ittiham olunur. Onun böyük oğlu Sedrak Köçəryan da eyni ittihamlarla əlaqədar həbs edilib.
Üçüncü prezident Serj Sarkisyan da Robert Köçəryanla bağlı cinayət işinə cəlb olunub. Lakin onun ölkədən çıxışına qadağa qoyulub.
Həm Robert, həm də oğlu irəli sürülən ittihamları rədd edirlər.
Ağarza Elçinoğlu

















































