Ötən gündən bəri bəzi sosial şəbəkə və xəbər saytlarında Şimali Koreya lideri Kim Çen Inın ölümü ilə bağlı məlumatlar paylaşılıb. Bunun fonunda Pxenyan Kim Çen Inın komada və ya vəfatı ilə bağlı şayiələri təkzib edən fotolar yayımlayıb.
"Unikal" xəbər verir ki, KXDR Dövlət Televeziyası tərəfindən yayımlanan fotolarda 42 yaşlı Kimin geyim və ayaqqabı sərgisində olduğu əks olunub. Onun sağlam və gümrah görüntüsü dünya mediasının diqqətini çəkib.
Bəs Koreya İşçi Partiyasının baş katibi və Şimali Koreyanın ali lideri Kim Çen Inın ölüm xəbərini ilk kim yayımlayıb?
Dünya mediasının incilərindən olan Britaniya nəşrləri Kimin ölüm və ya komaya düşməsi ilə bağlı xəbərləri ilk tirajlayan KİV-lərdən biri olub. Lakin əsl xəbərin mənbəyi ABŞ-də yaşayan Çin Demokratiya Partiyasının sədri, Çin dissidenti Vanjun Sedən qaynaqlanıb. Belə ki, Çin rəsmisi "X" hesabında yazıb:
"Şayiələr gəzir ki, bu yaxınlarda Koreya İşçi Partiyasının baş katibi və Şimali Koreyanın ali lideri Kim Çen Inın ağır beyin qanaması keçirib və komaya düşüb. Pekin Birlik Tibb Kolleci Xəstəxanasından bir qrup tibb mütəxəssisi onun müalicəsinə kömək etmək üçün Şimali Koreyaya göndərilsə də, Şimali Koreyadakı pis tibbi vəziyyət Kim Çen Inın təcili müalicə üçün Pekin Birlik Tibb Kolleci Xəstəxanasına köçürülməsinə səbəb olub.
Lakin vəziyyətinin ağırlığı və müalicə üçün optimal müddətin keçməsi səbəbindən Kim Çen In aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun cəsədi gizli şəkildə Şimali Koreyaya aparılıb və ölüm xəbəri gizli saxlanılır".
Nə Çin, nə də Şimali Koreya 42 yaşlı Kimin ölüm xəbərini təsdiqləməyib.
Gülayə Mecid
Rumors of the death of North Korean leader Kim Jong Un have been circulating online for days, but Kim Jong Un has not yet made a public appearance to deny them. This indirectly confirms that the rumors of Kim Jong Un's death are likely true. Furthermore, it is rumored that after Kim Jong-un's death, the North Korean regime has not been transferred to his daughter Kim Ju-ae, but is currently in the hands of his sister Kim Yo-jong. After assuming power, Kim Yo-jong immediately activated loudspeaker broadcasts to South Korea and fired 201 warning shots. She also warned South Korea that North Korea was considering a comprehensive upgrade of its tactical strike capabilities. This sudden intensification of threats against South Korea is clearly aimed at strengthening her control over the North Korean military and consolidating her power through strong external threats. This indirectly confirms the rumors that Kim Jong-un is dead and that Kim Yo-jong is currently in control of the regime; these rumors are likely true.
— Wanjun Xie (@xie_wanjun) October 19, 2026


















































