Bir neçə il əvvələ nəzər yetirsək, görə bilərik ki, hər hansı bir sistemdə mövcud olan boşluq açıqlandıqdan təqribən 50, 60 gün sonra həmin boşluğun bədniyyətli hücumçular tərəfindən istismarına başlanılırdı. Amma artıq süni intellektin yaranması ilə mənzərə dəyişib. Belə ki, süni intellekt imkan verir ki, müəyyən sistemlərdə boşluqlar daha əvvəlcədən tapılsın, istismara başlanılsın.
"Unikal" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov adıçəkilən qurumun və Estoniyanın Elektron İdarəetmə Akademiyasının birgə təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlılığın gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən "Etibarlı süni intellekt, dayanıqlı cəmiyyət: Süni intellekt dövründə dəyərlər və təhlükəsizlik - İmkanlar və kiberrisklərin idarə edilməsi" mövzusunda dövlət qurumlarının informasiya texnologiyaları rəhbərlərinin VIII Zirvə Toplantısında "Azərbaycanda süni intellekt idarəçiliyi" mövzusunda çıxış edərkən deyib.
"Nəinki həmin boşluqlar üçün yamaqlar buraxılır, onlar aradan qaldırılır və bu da hücumçulara imkan verir ki, yamaqlanmamış sistemlərə daha öncədən hücum edə bilsinlər. Artıq 7 gündən də çox müddətdə istismarda olan bir boşluq sonradan tapılaraq aradan qaldırıla bilir. Süni intellektin hesabına kiberhücumlar artıq çox sürətlənib. Bir müdaxilənin başlanmasından hansısa bir sistemdə yayılmasına qədər olan ən qısa vaxt 22 saniyədir. Bu, ona reaksiya vermək üçün çox qısa bir müddətdir. Problem o zaman yaranır ki, artıq hücumlar avtomatlaşdırılıb, süni intellekt tərəfindən həyata keçirilir. Amma hücumların qarşısının alınması yenə də insanın üzərində dayanıb və insan qərar verməlidir ki, hansı halda necə hərəkət etsin", - deyə o vurğulayıb.






















.png)


























