ABŞ Prezidentİ Donald Tramp Ağ Evə yeni mətbuat katibi axtarır və televiziya aparıcısı Ben Ferqyuson açıq-aydın favoritdir.

"Unikal" xəbər verir ki, bu barədə  "Fox News" məlumatlı mənbələrə istinadən yazıb. 

"Onun adı prezidentlə bir çox insan arasında söhbətlərdə çəkilib. Və çoxları ona bunun yaxşı fikir olduğunu deyib", - kanal qeyd edib.

Başqa bir mənbəyə görə, Tramp növbəti mətbuat katibi vəzifəsinə Ferqyusonla yanaşı bir neçə namizədi də nəzərdən keçirir. 

Nəzərdən keçirilən digər namizədlər arasında CNN müxbiri Skott Cenninqs, Ağ Evin kommunikasiya direktoru Stiven Çeunq, Breitbart-ın baş direktoru Metyu Boyl və Corc Buş administrasiyası dövründə Ağ Evin mətbuat katibi vəzifəsində çalışmış Ari Fleyşer də var.

Mətbuat katibi vəzifəsi bir neçə aydır ki, boşdur. Karolin Levitt avqust ayında ailəsi ilə daha çox vaxt keçirmək istəyini əsas gətirərək istefa verib. 

Gülayə Mecid