Kolumbiyanın Valle del Cauca departamentindəki Palmira bələdiyyəsində naməlum şəxslər partlayıcı qurğu istifadə edərək Amaime kiçik su elektrik stansiyasına hücum ediblər.
"Unikal" xəbər verir ki, bu barədə enerji şirkəti "Celsia" məlumat yayıb.
"Amaime kiçik su elektrik stansiyasına (19,9 MVt) bu gün iki silahlı terrorçu tərəfindən əraziyə yerləşdirilmiş partlayıcı qurğu ilə hücum edilib. Hadisə nəticəsində infrastruktura maddi ziyan dəyib. Xoşbəxtlikdən, xəsarət alan və ya ölən olmayıb", - deyə şirkətin açıqlamasında qeyd olunub.
Şirkət hazırda müvafiq qurumlarla birlikdə zərərin miqyasını qiymətləndirir və elektrik stansiyasının fəaliyyətini bərpa etməyə hazırlaşır. Kolumbiya ordusunun bölmələri ərazini mühasirəyə alıb və yanğınsöndürənlər partlayışın nəticələrinin aradan qaldırılması üzərində işləyirlər.







.jpeg)


















.jpg)



















