"İqtisadiyyatın dayanıqlığının artırılmasında rəqəmsallaşmanın rolu xüsusi əhəmiyyət kəsb edir. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması və iqtisadiyyatın “ağarması” sağlam rəqabət mühitinin formalaşmasına xidmət edir və konkret müsbət nəticələr verir. 2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı iki dəfə, ƏDV ödəyicilərinin sayı 3,5 dəfə artmış, hazırda vergilərin 93%-i könüllü ödənilir. Qeyri-neft-qaz özəl sektorunda əmək müqavilələrinin sayı təxminən iki dəfə artaraq ümumi müqavilələrin 56,5%-inə çatıb. Bu, həm də vətəndaşların sosial sığorta və pensiya təminatının genişlənməsi deməkdir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin 4 komitəsinin bu gün keçirilən birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında iqtisadiyyat nazirinin müavini Azər Bayramov deyib.
Nazir müavini bildirib ki, Milli Məclisə təqdim olunmuş Vergi Məcəlləsinə dəyişikliklər layihəsi ixrac edən və şəffaf fəaliyyət göstərən sahibkarı dəstəkləməyə yönəlib: "Yerli istehsaldan, xidmət ixracından və turizmdə əcnəbilərə göstərilən xidmətlərdən əldə olunan gəlirlər üzrə güzəştlər, mikro statusdan böyüyən subyektlər üçün təşviqlər, nağdsız əməliyyatlar üzrə ƏDV-nin qaytarılması mexanizminin genişləndirilməsi nəzərdə tutulur".
Anar Kəlbiyev






.jpeg)


















.jpg)




















