"Cənab Prezidentimiz İlham Əliyev COP31-də iştirak edir. İki gün öncə bizim Prezident cənab Rəcəb Tayyib Ərdoğan da Azərbaycana getmişdi. 8 noyabr Zəfər Bayramında qardaşlarımızın yanında olduq".
Bu sözləri "Unikal"a açıqlamasında İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrini əvəz edən Nuri Aslan deyib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə iki ayrı dövlət, amma tək millətdir: "Azərbaycanın ətraf mühit və enerji məsələlərində dünya səviyyəli təşəbbüsləri var. Azərbaycan ilə Türkiyə birlikdə dünyanın ən uğurlu iki ölkəsi olacağıq".
Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu hazırda həbsdədir.
Ağarza Elçinoğlu







.jpeg)



















.jpg)



















