İran Xarici İşlər Nazirliyi, Buenos-Ayresin İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) terror təşkilatı kimi tanımaq qərarına cavab olaraq, Argentina Hərbi Dəniz və Hərbi Hava Qüvvələrini "terror təşkilatları" elan etdiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə İran XİN bəyanat yayıb.
İİKK-nin terror təşkilatı kimi tanınması ilə bağlı ABŞ-nin qərarına hər hansı şəkildə riayət edən və ya onu dəstəkləyən istənilən ölkə cavab tədbirləri ilə üzləşəcək. Argentina Hərbi Dəniz və Hərbi Hava Qüvvələri sözügedən qanunun və onun müddəalarının əhatə dairəsinə düşür və bununla da terror təşkilatları elan olunurlar", - deyə bəyanatda qeyd olunub.
Xarici İşlər Nazirliyi həmçinin, baş verə biləcək nəticələrə görə bütün məsuliyyəti Argentina hökumətinin üzərinə qoyub.
Gülayə Mecid




































.jpg)






.jpg)










