8 Noyabr – Zəfər Günü münasibətilə Yasamal rayonunda ağacəkmə aksiyası təşkil olunub.
"Unikal" xəbər verir ki, aksiyada Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov,YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, könüllülər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində ərazidə yeni ağac tingləri əkilib, yaşıllıq sahələrinin genişləndirilməsi və ətraf mühitin mühafizəsi istiqamətində müvafiq işlər görülüb. Zəfər Gününə həsr olunan bu cür aksiyalar həm ətraf mühitin qorunmasına, həm də Vətənə, torpağa və milli dəyərlərə bağlılığın ifadəsinə xidmət edir.Aksiya iştirakçıları ağacəkmə işlərinin davamlılığının təmin edilməsinin və yaşıllıqların qorunmasının vacibliyini vurğulayıblar.









































.jpg)
.jpg)


.jpg)




.jpg)



