Rusiya, ABŞ və Ukrayna arasında münaqişənin nizamlanmasına dair üçtərəfli danışıqlar noyabrın 10-da Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək.
“Unikal” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin məlumat verib.
Putin qarşıdakı görüşdə iştirak edəcək Rusiya nümayəndə heyətinin üzvlərini, o cümlədən Təhlükəsizlik Şurasının daimi üzvlərini və digər rəsmiləri müzakirəyə dəvət edib.
Rusiya Prezidenti danışıqlara ev sahibliyi etməyə hazır olduğuna görə BƏƏ rəhbərliyinə təşəkkürünü bildirib. O, BƏƏ-nin Ukrayna böhranının həlli istiqamətində, eləcə də humanitar məsələlərin və əsir mübadiləsinin təşkilində göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Qeyd edək ki, üçtərəfli görüşün noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılır. Danışıqlarda ABŞ vasitəçi qismində çıxış edəcək. Rusiya nümayəndə heyətinə isə əvvəlki razılaşmaya əsasən, prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.




.jpg)
















































