Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşüblər.

Prezident İlham Əliyev: Burada heyvandarlıq yaxşı inkişaf edə bilər. Taxılçılıq olub.

Kişi sakin: Hamısı edilə bilər, bəli. Vaxtilə hamısı olub axı və biz onu yenə təkrar edəcəyik.

Prezident İlham Əliyev: Havası da təmiz.

Kişi sakin: Bizim camaat işləməyi sevir. Dediyim kimi, gələn dəfə gələndə buranı tanımayacaqsınız. Burada həyat başqa cür olacaq, Allah haqqı. İndiyədək Siz etmisiniz, bundan sonra biz edəcəyik. Təbii ki, yaşayıb-yaradacağıq.

Prezident İlham Əliyev: Artıq sizin işinizdir. Bizim üzərimizə nə düşübsə, bu kənd üçün etmişik.

Kişi sakin: Bəli, Siz öz borcunuzdan çıxmısınız. Buradan beləsini, Allah qoysa, biz edəcəyik. Çox sağ olun, çox sağ olun.