Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə Sərəncam imzalayıb.

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə polkovniklər Hikmət Rövşən oğlu Əliyev və Telman Əsgər oğlu Hüseynov "general-mayor"  hərbi rütbəsi alıblar. 

Qeyd edək ki, Hikmət Rövşən oğlu Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində (HHQ) xidmət edir. 

Yüksək rütbə verilən polkovnik Telman Əsgər oğlu Hüseynov isə Vətən Müharibəsi Qəhrəmanıdır. O, Əlahiddə Ümumqoşun Ordu komandanının müavini vəzifəsində çalışır.