Yaponiyada məktəbli qızların ayaqqabılarından 451 içlik oğurlamaqda şübhəli bilinən 35 yaşlı kişi həbs edilib.

"Unikal" xəbər verir ki, həbs edilən şəxsin 30-dan çox təhsil müəssisəsinə girmiş ola biləcəyi qeyd olunur. 

"Məktəb ayaqqabılarından içlik oğurlamaqda ittiham olunaraq həbs edilən 35 yaşlı kişinin evindən 451 içlik tapılıb. Müstəntiqlər onun orta məktəbə girib məktəb ayaqqabılarından içlik oğurladığını düşünürlər", - deyə məlumatda bildirilir.

Müstəntiqlər hesab edirlər ki, o, içlikləri təkrar satış üçün deyil, şəxsi istifadə üçün toplayıb.