Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nəzdində fəaliyyət göstərən Gəncə Dövlət Aqrar Kollecində (GDAK) 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təntənəli tədbir təşkil olunub.
"Unikal" xəbər verir ki, tədbirdə dövlət qurumlarının və təhsil müəssisələrinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, kollecin əməkdaşları və tələbələri, eləcə də digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən kollecin direktoru Fəqan Ağayev Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən, xalqımızın milli birliyindən, dövlətimizin gücündən və tarixi Qələbənin gələcək nəsillər üçün daşıdığı mənəvi dəyərdən danışıb. O, Dövlət Bayrağının müstəqilliyimizin, milli kimliyimizin və dövlətçilik ənənələrimizin rəmzi olduğunu vurğulayıb.
ADAU-nun rektoru Zəfər Qurbanov çıxışında tarixi Qələbənin qazanılmasında Azərbaycan Ordusunun qəhrəmanlığından, şəhidlərimizin fədakarlığından və bu Qələbənin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsindəki əhəmiyyətindən bəhs edib.
Tədbirdə şəhid Oruc Bədəlovun atası Arif Bədəlov da çıxış edib. O, şəhid ailələrinə göstərilən diqqət və ehtirama görə təşəkkürünü bildirib, şəhidlərin xatirəsinin yaşadılmasının, onların qəhrəmanlıq nümunələrinin gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıb.
Proqram çərçivəsində Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini əks etdirən videoçarx nümayiş olunub. Tədbirin bədii hissəsində tələbələr vətənpərvərlik mövzusunda şeirlər söyləyib, milli rəqslər və səhnəciklər təqdim ediblər. Bədii kompozisiya iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirin əlamətdar məqamlarından biri şəhid Oruc Bədəlovun xatirəsinə ehtiram əlaməti olaraq onun fotosunun atası Arif Bədəlova təqdim edilməsi olub. Həmçinin, Kollecin yüksək qəbul balı ilə tələbə adını qazanmış Rəvan Rzayevə təhsil həyatında uğurlarının davamlı olması arzusu ilə hədiyyə təqdim olunub.
Kollecin foyesində tələbələrin hazırladıqları rəsm əsərlərindən ibarət sərgi də nümayiş etdirilib. Qonaqlar sərgi ilə tanış olub, gənclərin Vətənə, milli dəyərlərə və tarixi Zəfərə münasibətini əks etdirən yaradıcılıq nümunələrinə baxıblar.
Gəncə Dövlət Aqrar Kollecində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
14:01 06-11-2026
CƏMİYYƏT













.jpg)




.jpg)
.webp)



.jpg)
.jpg)







.jpg)















