"Zəfər ərazi bütövlüyümüzün bərpası ilə yanaşı, ölkəmizin iqtisadi inkişafı üçün də yeni imkanlar açıb. Cari il "2022–2026-cı illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf Strategiyası"nın yekun ilidir, 2027-2030-cu illər üçün isə yeni Strategiya hazırlanır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Anar Axundov deyib.

"Cənab Prezidentin rəhbərliyi ilə aparılan siyasətin çərçivəsi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”lə müəyyən edilib", - deyə nazir müavini bildirib.

Anar Kəlbiyev