Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov rayon mərkəzində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Şəhidlər xiyabanının önünə salınmış yeni asfalt örtüyünün və RİH-nin inzibati binasında aparılan cari təmir işlərinin vəziyyəti ilə tanış olub.

"Unikal" xəbər verir ki, rayon rəhbəri görülən işlərin keyfiyyəti ilə yerindəcə maraqlanıb, müqəddəs məkanın ətrafının hər zaman diqqət mərkəzində saxlanılması, abadlığın qorunması və inzibati binadakı cari işlərin vaxtında yekunlaşdırılması üçün aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.