"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günü elan edilən 7–10 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə "Unikal"a ADY-dən məlumat verilib.
Bayram günlərində sərnişinlərin rahat və təhlükəsiz səfərlərinin təşkili və artan tələbatın qarşılanması məqsədilə bir sıra istiqamətlərə əlavə reyslər təyin olunub.
7, 8, 9 və 10 noyabr tarixlərində Bakı və Qəbələdən reyslər təşkil ediləcək. Qatar Bakıdan Qəbələyə saat 07:30, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək.
7–10 noyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə də hər iki istiqamətdə əlavə reyslər təyin edilib. Həmin tarixlərdə qatar Bakı Dəmiryol Vağzalından saat 09:20, Ağstafa stansiyasından isə 17:15-də yola düşəcək.
Bakı–Qazax–Bakı marşrutu üzrə hərəkət edən müasir qatarlar qarşıdakı qeyri-iş günlərində də ənənəvi qrafiklə fəaliyyətini davam etdirəcək.
Bundan əlavə, 8 noyabrda Gəncə–Mingəçevir–Gəncə marşrutu ilə reyslər təyin edilib. Qatar Gəncədən saat 07:15, Mingəçevirdən isə 08:40-da yola düşəcək.
7–10 noyabr tarixlərində Abşeron dairəvi dəmir yolu üzrə qatarların hərəkəti qeyri-iş günlərinin cədvəli ilə təşkil ediləcək.
Hərəkət qrafiki və biletlə bağlı məlumatları www.ady.az saytından, "ADY Mobile" tətbiqindən, dəmiryol kassalarından və ya 24/7 rejimində fəaliyyət göstərən 1822 Əlaqə mərkəzindən əldə etmək olar.









.jpg)




.jpg)
.webp)


.jpg)
.jpg)







.jpg)




















