Mingəçevirdə bıçaqlanma hadisəsi olub. 

"Unikal" xəbər verir ki, şəxsi münasibətlər zəminində 21 yaşlı Ələkbər Osmanov qonşusu 39 yaşlı Şahid Məmmədova bıçaqla xəsarət yetirib.

​Polis tərəfindən keçirilən tədbirlərlə  hadisəni törətməkdə şübhəli bilinən Ə.Osmanov saxlanılıb.

​Faktla bağlı araşdırma aparılır.