Balakən Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

"Unikal"ın əldə etdiyi məlumata görə, İskəndər Firudin oğlu İskəndərov müvafiq əmrlə Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin edilib.

1986-cı ildə Zaqatala şəhərində anadan olan İskəndər İskəndərov 2003–2009-cu illərdə Azərbaycan Tibb Universitetində ali tibb təhsili alıb. Əmək fəaliyyətinə həkim-anestezioloq-reanimatoloq kimi başlayıb.

O, 2024-cü ilin sentyabr ayından Qax Rayon Mərkəzi Xəstəxanasında direktor müavini – baş həkim vəzifəsində çalışıb.

Seymur Əli