İranın Ali Liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistana xəbərdarlıq edib.
"Unikal" xəbər verir ki, o, Ermənistan parlamentinin TRIPP-i ("Tramp marşrutu") təsdiqləməsini tənqid atəşinə tutub.
Baş nazir Nikol Paşinyana ünvanladığı açıq məktubda Vilayəti layihənin təsdiqlənməsini faydasız bir addım adlandırıb və onun fikrincə, bu, Ermənistan xalqının maraqlarına ziddir.
O həmçinin bildirib ki, İran Rusiyanın iştirakından asılı olmayaraq, Cənubi Qafqazın təhlükəsizliyinin təmin edilməsini öz məsuliyyəti hesab edir.




















.jpg)









.jpg)

















