05 noyabr 2026-cı il tarixində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov tərəfindən vətəndaşların müraciətlərinə baxılması, onları narahat edən məsələlərin yerində öyrənilməsi və qaldırılan problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə rayonun Mahrızlı kəndində səyyar qəbul-görüşü keçirilib.

"Unikal" xəbər verir ki, qəbulda 120 nəfər iştirak etmiş, onlardan 5 nəfər vətəndaş 6 məsələ qaldırmış, vətəndaşlar tərəfindən qaldırılan müxtəlif sahələri əhatə edən problemlər qeydə alınaraq həlli istiqamətində mümkün olan məsələlərin icrası təmin edilmiş, Rayon İcra Hakimiyyəti tərəfindən həlli mümkün olmayan məsələlər isə aidiyyatı üzrə dövlət qurumlarına yönləndirilmişdir. Qəbul edilən vətəndaşların qaldırdıqları məsələlər yol təmiri, birdəfəlik maddi yardım edilməsi, şəhidinin qəbir daşının yenilənməsi, kənd xəstəxanasına təbii qaz xəttinin çəkilməsi, həmçinin kənd ərazisində batmış subartezian quyusunda yeni kanal qazılmasına görə təşəkkür edilməsi və s. olmuşdur. Qəbulda qaldırılan problemlərinin həll edilməsi üzrə müvafiq tapşırıqlar verilmiş və icrası nəzarətə götürülmüşdür.

Qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.