Mərhum müğənni Maykl Ceksonun qızı Peris Cekson atasının mirasından 600 milyon dollar tələb edib.
"Unikal" xəbər verir ki, müğənni və aktrisa bununla bağlı məhkəməyə müraciət edib. O, atasının mirasını idarə edən vəkil Con Brankanı övladların qanuni payını almasına mane olmaqda ittiham edib.
28 yaşlı Peris iddia edir ki, müğənninin ölümündən 17 il keçməsinə baxmayaraq, onun və qardaşları Prins və Bici üçün nəzərdə tutulan fonda vəsait köçürülməyib. O bildirib ki, atasının mirası milyardlarla dollar gəlir gətirsə də, övladlar qanuni paylarını ala bilmirlər.
Qeyd edək ki, Con Branka hüquqşünas və “The Michael Jackson Company” şirkətinin idarə heyətinin sədridir. O, ilk dəfə 1985-ci ildə Maykl Ceksonla çalışmağa başlayıb. 2006-cı ildə müğənninin komandasında fəaliyyətini dayandıran Branka 2009-cu ildə, sənətçinin ölümündən səkkiz gün əvvəl yenidən bu vəzifəyə qayıdıb.





.jpg)



















.jpg)









.jpg)












