“Sabah” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
"Unikal" xəbər verir ki, Azərbaycan çempionu liqa mərhələsinin IV turunda Norveçdə “Vikinq”in qonağı olub.
Stavanger şəhərində təşkil olunan görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv əvvəlki görüşlərdə İngiltərənin “Mançester Yunayted” komandasına 0:4, Almaniyanın “Borussiya” (Dortmund) klubuna 1:2 hesabı ilə uduzub.
“Sabah” Çexiyanın “Slaviya” komandasını isə 2:0 hesabı ilə məğlub edib.
Bakı klubu Çempionlar Liqasında növbəti oyununu noyabrın 25-də Bakıda İspaniya nəhəngi "Barselona"ya qarşı keçirəcək.
***01:32
Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda üçüncü qol vurulub.
"Unikal" xəbər verir ki, Stavanger şəhərində keçirilən matçda ev sahibləri hesabda irəli çıxıblar - 2:1.
69-cu dəqiqədə Zlatko Tripiç diqqət mərkəzinə düşüb.
*** 01:11
"Vikinq" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda ikinci hissə başlayıb..
"Unikal" xəbər verir ki, Stavanger şəhərində keçirilən matçda 1:1 hesablı bərabərlik davam edir.
Qarşılaşmanı Niderlanddan olan FIFA referisi Sander van der Eyk idarə edir.
*** 00:51
UEFA Çempionlar Liqasının əsas mərhələsində Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında IV tur oyununda ilk hissə başa çatıb.
"Unikal" xəbər verir ki, komandalar Stavanger şəhərində təşkil olunan qarşılaşmanın fasiləsinə 1:1 hesablı heç-heçə ilə yollanıb.
Matçı niderlandlı Sander van der Eyk idarə edir.
*** 00:40
Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda ikinci qol vurulub.
"Unikal" xəbər verir ki, Stavanger şəhərində keçirilən matçda ev sahibləri hesabı bərabərləşdiriblər - 1:1.
27-ci dəqiqədə Erik Botheym fərqlənib.
*** 00:16
Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda ilk qol vurulub.
"Unikal" xəbər verir ki, Stavanger şəhərində keçirilən matçda Azərbaycan çempionu hesabı açıb.
11-ci dəqiqədə Orfe Mbina adını tabloya yazıdıb.
00:01
XXX
Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunu başlayıb.
"Unikal" xəbər verir ki, matç Stavanger şəhərində keçirilir.
Qarşılaşmanı Niderlanddan olan FIFA referisi Sander van der Eyk idarə edir.













.jpg)



















.jpg)





.jpg)








.jpeg)


.jpeg)

