Böyük Britaniya hökuməti ölkədə imtahanlardan keçmək üçün rus dilini öyrənmələri tələb olunan ukraynalı qaçqın uşaqlardan üzr istəyib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin təhsil nazirinin müavini Corciya Quld bildirib.
"Bir çox tələbə rus dilini öyrənməyə məcbur edilib. Onların bu vəziyyətə düşmələrinə görə həqiqətən təəssüf edirəm", - deyə nazir müavini qeyd edib.
O, Ukrayna dilində yeni GCSE proqramının başladığını deyib. Proqram 340.000 funt sterlinq (460.000 dollar) məbləğində qrantla maliyyələşdirilir. Proqramın 2028-ci ilə qədər başa çatması və ukraynalı uşaqların 2029-cu ildə ana dilində imtahan verə biləcəkləri gözlənilir. Onların danışıq, oxu və yazı bacarıqları qiymətləndiriləcək.














.jpg)





.jpg)








.jpeg)


.jpeg)












