Azərbaycanlı həkim Qırğızıstan səhiyyə nazirinin müşaviri təyin edilib.
"Unikal" xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının həkim-kardioloqu, tibb üzrə fəlsəfə doktoru Elnur İmanov Qırğız Respublikasının səhiyyə nazirinin ictimai əsaslarla fəaliyyət göstərən müşaviri təyin olunub.
O, eyni zamanda Qırğızıstanın Oş şəhərindəki tibb universitetində və Həkimlərin Təkmilləşdirilməsi İnstitutunda uşaq kardiologiyası üzrə müəllim vəzifəsinə təyin edilib.
Qeyd edək ki, beynəlxalq səviyyədə tanınan invaziv uşaq kardioloqu Elnur İmanovun 60-dan çox elmi işi yerli və xarici nəşrlərdə dərc olunub.













.jpg)






.jpg)








.jpeg)


.jpeg)












