Lənkəran rayonunun Ürgə kəndi ərazisində qamışlıq sahədə 64 yaşlı kişinin meyiti aşkarlanıb.
"Unikal" xəbər verir ki, 1962-ci il təvəllüdlü Ramiz Bəxtiyar oğlu Əliyev iki gün əvvəl ov etmək məqsədilə həmin əraziyə gedib və geri qayıtmayıb. Bundan sonra onun axtarışına başlanılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Meyit müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.







.jpg)


















.jpg)





.jpg)








.jpeg)


.jpeg)





