Türkiyənin yeni "Gəzgin -1" mikropeyki 2028-ci ildə kosmosa göndəriləcək.

"Unikal" xəbər verir ki, TÜBİTAK Kosmik Texnologiyalar İnstitutu (TÜBİTAK UZAY) tərəfindən hazırlanan mikropeykin kosmosa göndərilməsi 2028-ci ilin dördüncü rübündə planlaşdırılır.

Layihə Türkiyənin milli peyk texnologiyası və kommersiya peyk sistemi infrastrukturunu gücləndirməyi hədəfləyir.

Layihə çərçivəsində ölkə 75 kq-dan az çəkiyə malik mikropeyklər üçün özünün yüksək performanslı platformasını yaratmaq niyyətindədir.